CƏMİYYƏT


Oxçuçayın dib çöküntülərinin təhlili zamanı orada misin miqdarının normadan 530 dəfə çox olduğu müəyyənləşib

Bakı, 4 iyun, AZƏRTAC

Oxçuçayın dib çöküntüsündən götürülmüş nümunələrdə xromun miqdarı 28, kobaltın 28, misin 530, sinkin 320, nikelin 18, molibdenin 45, qurğuşunun 11, kadmiumun isə 7,5 dəfə norma həddini aşdığı məlum olub. Su nümunəsi üzərində aparılan analizlərin nəticəsi bütün çirkləndiricilərin norma həddindən yüksək olduğunu göstərir. Belə ki, mis 30, molibden 3, sink 19, qurğuşun 2,5, dəmir 110 norma həddini keçib. Həmin çirkləndiricilər fauna və floraya da təsir göstərir. Mikrobioloji təhlillər aparılıb və nəticəyə görə çay suyu çirkli hesab olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Vasif Əliyev “Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji durum” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, monitorinqlər təkcə Oxçuçayda deyil, paralel olaraq Araz çayı, Bəsitçay, Bərgüşadçayda da aparılıb. Nəticədə bütün çirkləndiricilərin miqdarının yol verilən qatılıq həddindən yüksək olduğu müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.