DÜNYA


“Oxfam”: Dünyada 26 milyarderin sərvəti 3,8 milyard insanın gəlirindən çoxdur

Bakı, 21 yanvar, AZƏRTAC

“Oxfam International” təşkilatının hesabatında deyilir ki, dünyada 26 milyarderin 1,4 trilyon dollarlıq sərvəti 3,8 milyard insanın gəlirindən çoxdur. Qlobal maliyyə böhranı dövründə isə milyardçıların sərvətinə hər gün 2,5 milyard dollar əlavə olunub.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, dünyada ciddi iqtisadi və sosial problemlərə səbəb olan qlobal maliyyə böhranı dövründə milyarderlərin sayı iki dəfə artaraq 2,208 nəfərə çatıb. Hesabat müəllifləri bildirirlər ki, onların əsas məqsədi Davos İqtisadi Forumu ərəfəsində dünyanın diqqətini yoxsulluğun artmasına yönəltməkdir.

Hesabata görə, dünyanın ən varlı adamları siyahısına başçılıq edən “Amazon”un sahibi Ceff Bezos, “Microsoft”un yaradıcısı Bill Qeyts, habelə Uorren Baffet və Mark Zukkerberqin əllərində 357 milyard dollar kapital toplaşıb. “Oxfam International”ın hesabatında hökumətlərə tövsiyə olunur ki, yoxsulluğun səviyyəsinin azaldılması üçün bu və digər milyarderlərə tətbiq olunan vergiləri daha da artırsınlar.

Təşkilatın vitse-prezidenti Pol O”Brayn və bir sıra amerikalı konqresmenlər milyarderlərdən alınan vergilərin hətta 70 faizə qaldırılmasını təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.