CƏMİYYƏT


“Oxu, öyrən və qalib ol” layihəsi çərçivəsində ilk təlim keçirilib

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalibi olan “Oxu, öyrən və qalib ol” layihəsi çərçivəsində ilk təlim keçirilib.

AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, təlimdə layihə çərçivəsində keçirilmiş bilik yarışında fərqlənən 35 gənc iştirak edib.

“Natiqlik və nitq mədəniyyəti” adlı təlimdə natiqlik sənətinin sirləri, karyera quruculuğunda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan düzgün istifadə və s. mövzularda məlumat verilib, müzakirələr aparılıb. Təlimin ikinci hissəsində iştirakçılara gələcək karyeralarında atmalı olduqları vacib addımlar izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.