MƏDƏNİYYƏT


Oxucular hazırladıqları videoçarxları kitabxanaya təqdim ediblər

Bakı, 11 iyul, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimində uşaqlar da #Evdəqal çağırışına dəstək olurlar. Onlar videoçarxlar hazırlamaqla, mütaliə etməklə, rəsm çəkməklə, mahnı oxumaqla, rəqs etməklə vaxtlarını səmərəli keçirdiklərini, pozitiv olduqlarını nümayiş etdirirlər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının virtual oxucularının - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri Akif və Qəmər Zeynalzadələrin və Nəsimi rayon Samir Hacıyev adına 5 nömrəli məktəbin 4-cü sinif şagirdi Aylin Hacıyevanın təqdim etdikləri videoçarxlar maraq doğurur.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxlarda məktəblilər ulu öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının dövlət atributlarından biri olan üçrəngli bayrağımıza həsr edilmiş şeirləri səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.