CƏMİYYƏT


Oynaq xəstəlikləri üçün krem

Bakı, 22 fevral, AZƏRTAC

Artroz, artrit, radikulit və ostexondroz kimi oynaq xəstəliklərində əvvəlki illərlə müqayisədə indi daha çox “cavanlaşma” müşahidə olunur. Həmin xəstəliklər zamanı getdikcə hərəkət məhdudiyyətlərinə görə bel yırtığı, maddələr mübadiləsinin pozulması və gəzmək imkanının məhdudlaşması nəticəsində kürək, boyun və oynaqlarda ağrılar əmələ gəlir.

AZƏRTAC Rusiyanın Medinfo saytına istinadən xəbər verir ki, Rusiyada dayaq-hərəkət sistemi hərəkətləri üzrə metodiki-bərpa mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Valentin Dikul oynaq xəstəliklərinin fəsadlaşmasının qarşısını almaq üçün yeni krem hazırlayıb. Krem artrit və artrozla, eləcə də bir sıra digər oynaq ağrıları ilə mübarizədə sınaqdan keçirilib. Onun köməyi ilə ağrıların səbəbi aradan qalxır, onurğa sümüyü və oynaqlar əvvəlki vəziyyətinə qayıdır. Kremin tətbiqi xəstəni təkcə ağrılardan xilas etmir, həm də onu tam sağlam həyata qaytarır, orqanizmin bərpa olunmasını və zədələnmiş hüceyrələrin yenilənməsini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.