ELM VƏ TƏHSİL


“Öyrən, qalib ol!” marafonuna start verilir

Bakı, 27 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi “Öyrən, qalib ol!” adlı sosial media marafonuna start verir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəyə həsr olunan marafonda 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Marafonun təşkilində məqsəd öyrənmənin, təhsilin qələbə üçün vacibliyini göstərmək, həmçinin şagirdlərin uğur hekayələrinin paylaşılmasına dəstək olmaqdır.

Bunun üçün şagirdlər sosial media hesablarında #Öyrənqalibol həştəqi ilə öz öyrənmə təcrübələri barədə paylaşımlar edə bilərlər.

Paylaşım foto və ya video formatında olmalıdır. Paylaşımda şagird özü haqqında zəruri məlumatları (ad, soyad, oxuduğu məktəb və sinif) qeyd etməli və öyrəndikləri barədə məlumatı dolğun çatdırmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.