MƏDƏNİYYƏT


“Oyuq”çular Dənizkənarı Milli Parkda konsert verəcək

Bakı, 10 may, AZƏRTAC

Sosial aksiyalar, maarifləndirici layihələr, yetişən nəsillərdə sənətə sevgi aşılayan rəngarəng proqramlarla tamaşaçılarının görüşünə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı istedadlı uşaq və yeniyetmələrin iştirakı ilə növbəti konsertinə hazırlaşır. Bu gün saat 17.00-da Dənizkənarı Milli Parkda teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının iştirakı ilə “Ey Azərbaycanım” adlı açıq hava konserti keçiriləcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova AZƏRTAC-a bildirib ki, Dənizkənarı Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunacaq.

Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqlar çıxış edəcəklər.

Qeyd edək ki, bu, teatrın Dənizkənarı Bulvar İdarəsi ilə reallaşdırdığı növbəti konsert proqramıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.