MƏDƏNİYYƏT


“Oyuq”çular “Ucalsın bayrağımız” deyəcək

Bakı, 8 noyabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası ənənə halını alan bayram konsertlərini davam etdirməkdədir.

Teatrdan AZƏRTAC-a bildirilib ki, studiya fəalları noyabrın 9-da paytaxtın ən böyük alış-veriş məkanlarından olan “Park Bulvar” AVM-də (saat 13.00) növbəti konsertini keçirəcək.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan konsertdə studiyanın vokalçı üzvlərinin ifalarında vətənpərvərlik mahnılarından ibarət zəngin proqram təqdim olunacaq.

“Park Bulvar” AVM ilə birgə təşkil olunan konsertin məqsədi uşaq və yeniyetmələrin bayrağa sevgisini artırmaq, bu xüsusi təqvimi yaddaqalan etməkdir.

2 saat davam edəcək konsertdə müxtəlif kompozisiyalar, məşhur nağıl və cizgi film qəhrəmanlarının kuklalarının şousu və tamaşaçılarla yarışmalar da təşkil olunacaq.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.