Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Öz içindən yanan bir ocağam mən...

Öz içindən yanan bir ocağam mən...

Bu gün Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Bakı, 19 avqust, AZƏRTAC

Ədəbiyyatımızda qədim dövrlərdən bəri qadın şairlərimiz az olmayıb. Məhsəti Gəncəvi, Heyranxanım, Xurşidbanu Natəvan, Ağabəyim ağa Ağabacı, Umgülsüm və başqaları öz lirik şeirləri ilə tariximizdə əbədiyaşarlıq qazanıb. Bu sırada Mirvari Dilbazinin də öz yeri var. Bu gün Azərbaycanın xalq Şairi Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümü tamam olur. AZƏRTAC yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin bu münasibətlə hazırladığı yazını oxuculara təqdim edir.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşayıb. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə yaddaşında qövr etmiş, zaman-zaman onu böyük bir həyat məktəbində yetişdirmişdir. Bütün bunlar şairin bədii, poetik yaradıcılığında – şeirlərində, poemalarında sənətkarlıqla öz əksini tapmışdır.

Belə bir acılarla yaşayan sənətkarın həyatından da aydın olur ki, Mirvarid Dilbazinin yaradıcılıq yolu çətin dolaylardan, məşəqqətlərdən keçib. Şair vətəninə, xalqına olan məhəbbətini və bu ağrı-acıları özünün ictimai məzmun və ideyası ilə ədəbiyyata gətirmişdir. Belə bir tarixi dövrün səhifəsini yazmaqla o, həm də şəxsiyyətinin bədii obrazını əbədiləşdirmişdir. Təbii ki, bunlar ilk olaraq özünü yetişdirməkdən, təhsil illərindən keçib. Vaxtilə bir nəslin qeyrətli övladlarına – daim ali məktəbdən qovulmaq qorxusuyla yaşayan Mirvarid xanımla bacısına dayaq duran Musaköy kənd camaatının xeyirxahlığı həyat yollarına işıq saldı. Şair təbiətli Mirvarid təhsildə və ədəbiyyatda mükəmməllik qazandı…

XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəsil yetişmişdi. Bu bəsirətli ziyalılar millətin qəflətdən oyanmasına, dünyəvi məktəblərin açılmasına, qadınların təhsil almasına çalşırdılar. Belə bir vaxtda gənclik köynəyini yenicə əyninə almış, bədii yaradıcılığa könül vermiş Mirvaridin “Qadınların hürriyyəti” adlı ilk şeiri “Oktyabr alovlanır” məcmuəsində dərc olunur. 1934-cü ildə isə “Bizim səsimiz” adlı kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik incilərilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan M.Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarizəsini böyük coşqu ilə davam etdirdi…

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər yurdu Qazax rayonunun Musaköy (indi Xanlıqlar adlanır) kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə Quba Partiya məktəbində ədəbiyyat müəllimi kimi başlamışdır. Bundan sonra Bakıda Azərbaycan EA-nın Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii yaradıcılığı poeziyaya yenicə gələn gənc şairlər və həmin dövrü araşdıran tədqiqatçılar üçün böyük bir həyat məktəbi, səhih mənbə və məxəzdir.

Zənnimcə, Mirvarid Dilbazini tərcümeyi-halının fonunda, istərsə də yaradıcılığının timsalında oxuculara təqdim etmək elə də çətin deyil. Amma mənə elə gəlir ki, sənətkar ədəbi şəxsiyyət olaraq həqiqi obrazını özü daha dürüst təsvir edib.

Əslim – Dilbazilərdən

Mərdlər böyüdən yerdən,

Südüm mələk südüdür,

Sərvətim nəğmələrdən –

Özüm də Dilbaziyəm

Azərbaycan qızıyam!

Göründüyü kimi, bu 6 misralıq poetik fikirdə şair özünün obrazını sadə və bitkin formada təqdim edə bilib… Mirvarid xanım həyatda baş verən hadisələrə hər zaman həssaslıqla yanaşmış, onlara özünün ədəbi baxışları ilə münasibət bildirmişdir. 70 ildən də çox yaradıcılıqla məşğul olan şairin əsərlərində XX əsrin ikinci onilliyindən başlamış, 2001-ci ilə qədər (ömrünün sonunadək) olan dövrün panoramını görmək mümkündür. Şairin yaradıcılığında müharibə mövzusuna həsr olunmuş əsərləri, o cümlədən “Döyüş imtahanı”, “Kamal”, “Vətən eşqi”, “Qoçaq ataların qoşaq övladları”, “Xatirələr”, sonrakı illərdə isə “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Durnalar ötüşəndə” “Çiçəkdən-çiçəyə”… kitablarında yer almış şeirləri, poemaları əsasən yaddaşından boy göstərən xatirələri, müşahidələrinin bədii təxəyyülündə yaratdığı mənzərələr öz əksini tapmışdır.

Bu sətirləri yaza-yaza yaxın vaxtlarda M.Dilbazinin “Seçilmiş əsərləri”ndən (2004) tanış olduğum şeirlərini, poemalarını xatırladım. Həmin əsərləri nəzərdən keçirdikcə Vətən dərdləri ilə dolu olan şairin sanki qəlbinin səsini eşidirdim. “Öpün bu qanlı torpağı”, “Türkiyəyə gedən yollar”, “Vətən oğulsuz olmasın”, “Qoymayın ağlayım məni”, “Vəzifə məhək daşıdır”, “İthaflar”, “İnsan və məhəbbət”, “Poemalar”, “Pyeslər”dən ibarət bölmələrin hər birində lirik-romantik istiqamətdə, eləcə də realist üslubda yazdığı əsərlərindəki xalq həyatı, insan taleyi və mənəviyyatı, vətənçilik əxlaqının təsviri məndə böyük təəssürat oyatdı. Aldığım qənaətlər düşüncəmdə Mirvarid Dilbazinin şair, ana obrazını canlandırdı. Ömrünün sonunacan qələm-kağızdan bezməyən, ədəbi-bədii fəaliyyətindən yorulmayan şairin ahıl çağlarının yaradıcılığını gözlərimin önündən keçirdim. Xalqımızın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, şəhid oğullarımızın acı taleyi, Qarabağımızın düşmən tapdağı altında inləməsi Mirvarid xanımı korun-korun yandırırdı. Vətənin dar günlərində bu Vətən qızı xalqın taleyini öz həyatında yaşadı. Mirvarid xanım həmin günlərdə ürəyində böyük ağrılar daşıyır, bu ağrıları, yanğılarını isti göz yaşları təki ağ vərəqlərə səpirdi. 1990-cı ilin yanvar qırğınları yaradıcılığından odlu bir xətlə keçdi. Günü ağlamaqla keçən şairə “ağlama” dedikdə o, haqlı olaraq belə cavab verirdi ki, axı mən necə ağlamayım ki, millət ağlayır… görün, başımızın üstündən necə bir tufanlar əsir, xalqımıza zülüm oldu, zillət ağlayan yerdə mən necə ağlamayım… O qanlı günlərdə şairin ana qəlbi haray çəkirdi: “Mən bir ana fəryadıyla İndi sizi, dərdimizi Dinləməyə çağırıram Ey insanlar…” Amma bu ağır günlərdə şair özünə qayıtmağı da bacarır, belə məqamlarda sanki bir səs onu silkələyirdi: “… Dur, ağlama, Düzəlt qəddi-qamətini! Dərdə, qəmə səsləmə sən Dərddən güclü millətini! Dur! Ağlama! Vətən yolunda canlarından keçənlərə “Rəhmət sizə, ey igidlər!” deyərək, onların bədii obrazını yaradırdı. Şairin öz elindən, yurdundan didərgin düşmüş qaçqınlara həsr etdiyi “Ağla, kamanım ağla”, “Qoymayın ağlayım məni”, eləcə də qanlı yanvar günlərində qələmə aldığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında”, “Qanlı yanvar bayatıları…” kimi şeirlərini ağlamadan, titrəmədən, həyəcansız oxumaq mümkün deyil… O şənbə gecəsində və ondan sonrakı günlərdə ərini, qardaşını itirmiş gəlinlərə, qızlara sənətkar göz yaşları içində deyirdi:

Ağlama kamanım, sazım ağlama!

Sil bu göz yaşını, gözüm, ağlama!

Gəlinim ağlama, qızım, ağlama,

Dərddən güclüləri dərd əyə bilməz!

Qırılan ağacın yerində müdam

Təzə ağac əkər qüdrətli bağban,

Təzə nəsil böyüt, ey dərdi ümman!

Oğulsuz millətə millət deyilməz!

Dərddən güclüləri dərd əyə bilməz!

Bu dərdimizin ardınca gələn Qarabağ ağrıları… Şairin qəlbində hələ uşaqlığından müharibələrə, ölümlərə, itkilərə üsyan edən səsi-sözü burda da haray qoparır: Gah gülümsər gözüm, gah da qan ağlar. Hey dil tutub, ürək ağlar, can ağlar, Ürəyimdə bir Qarabağ qəmi var, Vətən qəmi heç bir qəmə bənzəməz… Sənətkar cənnət yurdumuzu qoruyan igid oğullarımızı bir ana məhəbbətilə vəsf edir, onları el-obaya, Vətənə tanıdır: Vətən dar ayaqda mərd oğul istər, əgər oğulsansa, dur hünər göstər! Döyüşdə sınanır qəhrəman kəslər, Ey vətən, cəsurdu, ərdi Qorxmazın!

Yəqin ki, Mirvarid Dilbazini həyatda görənlər 1990-cı ilin qanlı yanvar hadisələrində, ömrünün sonunacan yaşadığı illərdə şairi qara yaylıqda xatırlamamış deyillər. Həmin tarixi günlərdə təkcə bu əlamət, hadisə ilə o, xalqın yaddaşında Azərbaycan qadını, el anası, millətin anası obrazının həqiqi cizgilərini yarada bilmişdi. Qəlbində daşıdığı milli-ictimai bəlaları bir ana kimi öz müşahidələri, yaşantıları ilə təsvir edən şairin xalqın taleyindən yana ağrılarını duymamaq, ondan təsirlənməmək, nəhayət, ANAmızın səsindən-sözündən ehtizaza gəlməmək, titrəməmək mümkünmü…

Mirvarid Dilbazinin yaradıcılığının bir qolu da uşaq ədəbiyyatı olmuşdur. Şairin balacalar üçün yazdığı nağıllar, şeirlər, hekayələrini bu gün həm uşaqlar, həm də böyüklər sevərək oxuyurlar. 1940-cı ildən başlayaraq, uzun illər kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi borcu hesab edən müəllif, vətən övladlarının düzgün tərbiyə olunması, yurdunu, torpağını sevməsi və vətənpərvər ruhda böyüməsini yaratdığı əsərlərində böyük məhəbbət və məsuliyyətlə təsvir etmişdir. Mirvarid xanım həmişə deyirdi ki, uşaqlar üçün əsərlər yazmaq bütün şair və yazıçıların, ədəbiyyat adamlarının bir ziyalı, vətəndaş borcudur. Biz bu borc hissini heç zaman unutmamalıyıq…

Mənə elə gəlir ki, uşaqlıqdan qəlbinə çökən nisgil, gözlərinə dolan yaş həyatı boyu şairin gözündən-könlündən silinmədi, əksinə, yaddaşında şırım açdı. Taleyinin qarşısına çıxardığı ağrılarla yaşadı, yazdı, yaratdı. Mirvarid Dilbazi şeirlərinin birində deyirdi: “Öz içindən yanan bir ocağam mən, Yandıqca daha gur yanacağam mən!” Həqiqətən, bütün həyatı boyu içində gur bir ocaq çatdı, yana-yana yazdı, yaratdı və özündən sonra ədəbiyyatımız üçün, gənc nəsildən ötrü ibrətamiz, mükəmməl bir ömrün izini qoyub getdi… Ruhu şad olsun…

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ