ELM VƏ TƏHSİL


Özbək Dili və Ədəbiyyatı Universiteti AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 23 sentyabr, AZƏRTAC

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Tatyana Abbasova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Əlyazmalar İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyən T.Abbasova vurğulayıb ki, təmsil etdiyi universitetin fəaliyyət istiqamətlərindən biri türk xalqlarının, eyni zamanda, Azərbaycan xalqının dilinin və ədəbiyyatının tədqiqi və tədrisidir.

Tərəflər noyabr ayında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasının mümkünlüyünü qeyd ediblər və bu barədə müzakirələr aparıblar.

Özbək dilində əlyazmalarla tanış olan qonaq sonda institutun xatirə kitabına ürək sözlərini yazıb. Ona Əlyazmalar İnstitutunun özbək ədəbiyyatı ilə bağlı hazırladığı kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.