ELM VƏ TƏHSİL


Özbək alimlər Dilçilik İnstitutunda olublar

Özbək alimlər Dilçilik İnstitutunda olublar

Bakı, 22 may, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistan alimləri ilə görüş olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Özbəkistan Termez Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin müəllim və alim heyətləri iştirak ediblər.

Qonaqlar özbəklərin hər zaman Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiklərini vurğulayıblar.

Görüşdə Termez Dövlət Universiteti ilə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi sahəsində məsələlər müzakirə olunub.

Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Azərbaycan–özbək dilinə dair tədqiqatlardan danışıb. Professor bildirib ki, institutunda özbək dili ilə bağlı dissertasiya, kitablar yazılıb, danışıq kitabçası və lüğətlər çapa hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.