DÜNYA


Özbək dilinə dövlət dili statusu verilməsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Daşkənd, 22 oktyabr, АZƏRTAC

Özbək dilinə dövlət dili statusu verilməsinin 30 illiyi ilə bağlı təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Hökumətin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib. Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də olub.

Şavkat Mirziyoyev bildirib ki, dünyanın qədim və zəngin dillərindən biri olan özbək dili xalq üçün milli özünüdərk, dövlət müstəqilliyi və mənəvi zənginlik simvoludur. Türk dilləri ailəsinə daxil olan özbək dilində dünyada təxminən 50 milyon insan danışır.

Özbəkistan Prezidenti vurğulayıb ki, özbək dilinə laqeyd olmayan vətənpərvər ziyalıların səyi nəticəsində 1989-cu il oktyabrın 21-də özbək dilini dövlət dili elan edən qərar qəbul olunub.

Prezident oktyabrın 21-ni “Özbək dilinin bayramı” elan edib.

Təntənəli mərasim geniş konsert proqramı ilə başa çatıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.