DÜNYA


Özbəkistan Əfqanıstanda “müvəqqəti hökumət” yaradılmasını alqışlayır

Daşkənd, 9 sentyabr, АZƏRTAC

Rəsmi Daşkənd Əfqanıstanda “müvəqqəti hökumət” və yeni dövlət orqanlarının yaradılmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Xarici İşlər Nazirliyinin müraciətində bildirilir.

Müraciətdə deyilir: “Ümid edirik ki, bu qərar Əfqanıstanda milli sabitliyin və möhkəm sülhün yaranmasının başlanğıcıdır. Biz Əfqanıstanın yeni dövlət orqanları ilə konstruktiv dialoqun inkişafına və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bildiririk”.

Xatırladırıq ki, Özbəkistan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, inklüziv hökumət formalaşdırılması ilə bağlı Əfqanıstan daxili qüvvələrinin bəyanatını dəstəkləyir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.