SİYASƏT


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Ermənistanın ölkəmizə qarşı hərbi təxribatını pisləyib

Daşkənd, 29 iyul, АZƏRTAC

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı ilə əlaqədar bəyanat yayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ünvanlanan bəyanatda bildirilir: “İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat hamı kimi, məni də hiddətləndirib. Ermənistanın təxribatı nəticəsində yüksək rütbəli hərbçilər həlak olub, yaralananlar var”.

Bəyanatda, həmçinin deyilir ki, əgər bu problem həll olunmasa, ədalət bərpa edilməsə, gələcəkdə belə təcavüz aktları, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək. Ermənistan—Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir. Nəhayət, bu münaqişəyə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalı, dost ölkənin ərazi bötövlüyü bərpa olunmalıdır.

Professor qeyd edib ki, Azərbaycanın Tovuz rayonu Dağlıq Qarabağdan yüzlərlə kilometr uzaqda yerləşir. Ermənistanın bu istiqamətdən Azərbaycana hücum cəhdi gizli mətləblərdən xəbər verir.

Bildirilib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, daha yeddi rayon işğal olunub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı dörd qətnamə qəbul edib. Bununla belə Ermənistan hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmir və bununla da dünya birliyinə meydan oxuyur.

“Mən sülhsevər ölkənin vətəndaşı olaraq Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə, regionda sülhün və sabitliyin təmin edilməsinə çağırıram”, - deyə bəyanatda vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.