SİYASƏT


“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Daşkənd, 14 noyabr, АZƏRTAC

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin idarə heyəti adından qurumun icraçı direktoru, professor Erkin Nuriddinov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə böyük Qələbə münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan xalqını müharibədə Qələbə qazanması, Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edir, uğurlar və daha böyük inkişaf arzulayırıq”.

Bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərdə əks-hücumunu və torpaqların azad olunması prosesini hər gün izləyir və sevinirdik. Biz Azərbaycan xalqının ağrı-acısını yaxşı başa düşürük. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 ildə ən müxtəlif səviyyələrdə danışıqlarda iştirak edib. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsi ortadadır. İşğalçı Ermənistan nəinki bu qətnamələri yerinə yetirib, hətta Azərbaycanın yeni ərazilərini işğal etmək arzusuna düşmüşdü.

Məktubun sonunda deyilir: “Dostluq Cəmiyyətinin idarə heyəti əmindir ki, gələcəkdə də Özbəkistan və Azərbaycan arasında bütün sahələrdə əlaqələr möhkəmlənəcək və inkişaf edəcək”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.