İQTİSADİYYAT


Özbəkistan-Azərbaycan əməkdaşlığının perspektivləri mövzusunda vebinar keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Mərkəzi Asiyanın Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə "Müasir dövrdə Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın perspektivləri" mövzusunda vebinar keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi, İnvestisiya və Xarici Ticarət Nazirliyi, Mərkəzi Asiya Beynəlxalq İnstitutu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə nəqliyyat, kənd təsərrüfatı, ipəkçilik və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük imkanların olduğu vurğulanıb.

Vebinarda çıxış edən AZPROMO-nun müşaviri Zöhrab Qədirov ölkələrimiz arasında qarşılıqlı investisiya və biznes sahələrində əməkdaşlığın genişləndiyini qeyd edib, sənaye zonaları barədə məlumat verib, Ələt Azad İqtisadi Zonasının nəqliyyat əlaqələri baxımından əhəmiyyətini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.