İQTİSADİYYAT


Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadədə maraqlıdır

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Özbəkistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən istifadə etməkdə maraqlıdır.

AZƏRTAC Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xarici İşlər naziri David Zalkaliani Gürcüstan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Daşkəndə səfər edib. Səfər çərçivəsində D.Zalkaliani özbəkistanlı həmkarı Əbdüləziz Kamilovla görüşüb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı, regionda gedən proseslər, o cümlədən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələr barədə fikir mübadiləsi aparılıb.

Ə.Kamilov deyib ki, Özbəkistan dünya bazarlarına çıxmaq üçün nəqliyyat-rabitə və tranzit infrastrukturundan, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə və Gürcüstanla əməkdaşlıqda maraqlıdır.

Özbəkistan, həmçinin Poti, Batumi və Anaklia liman infrastrukturu ilə də maraqlanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.