DÜNYA


Özbəkistan Baykonurda həyata keçirilən “Bayterek” Qazaxıstan-Rusiya layihəsinə maraq göstərir

Daşkənd, 17 fevral, АZƏRTAC

Özbəkistan Baykonurda həyata keçirilən “Bayterek” Qazaxıstan-Rusiya layihəsinə maraq göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, “Bayterek” Qazaxıstan və Rusiyaya məxsus kosmik-raket kompleksinin yaradılması layihəsidir. Buradan Rusiyanın “KRK Zenit Mi” orta mənzilli raketləri havaya qaldırılacaq. Rusiya bu layihəyə 1 milyard, Qazaxıstan isə 280-310 milyon dollar sərmayə qoyacaq.

Layihə çərçivəsində ilk uçuşun 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulur. Rusiya tərəfi isə işləri sürətləndirərək ilk uçuşun 2022-ci ildə, pilotlu uçuşun isə 2024-cü ildə baş tutmasını təklif edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.