DÜNYA


Özbəkistan Beynəlxalq Miqrasiya Təşkilatına üzv olub

Daşkənd, 30 noyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMqT) miqrasiya üzrə Agentliyi Şurasının Cenevrədə keçirilən 109-cu sessiyasında Özbəkistan BMqT-nin 173-cü üzvü olub.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, sessiyada ölkəni məşğulluq və əmək münasibətləri nazirinin müavini Baxadir Nizamov təmsil edib.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino bu münasibətlə Özbəkistanı təbrik edib.

Təşkilatın Mərkəzi Asiya ölkələri üzrə əlaqələndiricisi Deyan Keseroviç sessiyadakı çıxışında bildirib ki, Özbəkistanla əməkdaşlığımız 2003-cü ildən başlayıb. 2015-ci ildən isə əlaqələrimiz inkişaf edib. Bu vaxta qədər iki işçi planı, 2018-2019-cu illər üçün Yol xəritəsi hazırlanıb. Özbəkistan regionda xarici ölkələrə ən çox miqrant axını olan dövlətdir və əminəm ki, bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.