MƏDƏNİYYƏT


Özbəkistan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib

Daşkənd, 19 iyun, АZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində kitab kolleksiyası hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, kitablar arasında ölkəmizin tarixinə, mədəniyyətinə, turizm potensialına, ədəbiyyatına dair AMM-in özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı kitab və jurnallar var. Habelə kitabxanaya ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər də hədiyyə edilib.

Kitabxanaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnal və bukletlər də təqdim olunub.

AMM müntəzəm olaraq Özbəkistanın kitabxanalarına Azərbaycanla bağlı nəşrlər hədiyyə edir. Bu istiqamətdə fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.