DÜNYA


Özbəkistan Konstitusiyasının qəbul olunmasının 27-cı ildönümü qeyd edilib

Daşkənd, 7 dekabr, AZƏRTAC

Özbəkistan Konstitusiyasının qəbul olunmasının 27-cı ildönümü Daşkənddə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan Hökumətinin, Ali Məclisinin və Senatın üzvləri, deputatlar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, bütün sahələrdə aparılan islahatlardan danışıb. Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində qəbul edilən Konstitusiyada insan hüquqlarının və maraqlarının təminatçısı olan prinsiplər, dövlət quruculuğunun əsasları öz əksini tapıb. Əsas Qanun cinsindən, dinindən, milliyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq ölkədə yaşayan bütün xalqlara bərabər hüquqlar verib və müasir demokratik inkişaf üçün möhkəm təməl yaradıb.

Mərasimdə ölkəmizin Özbəkistandakı müvəqqəti işlər vəkili Arif Abbasov da iştirak edib.

Bayram tədbiri konsert proqramı ilə başa çatıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.