DÜNYA
Özbəkistan MDB Parlamentlərarası Assambleyasına üzv olub
Daşkənd, 30 noyabr, АZƏRTAC
Özbəkistan MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasına (MDB PA) üzv olub.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Sankt-Peterburqda keçirilən MDB PA Şurasının iclasında Özbəkistanın Assambleyaya qəbul edilməsi ilə bağlı müvafiq sənədi bu ölkə Senatının sədri Niqmatilla Yuldaşev imzalayıb.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: “Özbəkistanın bizim ümumi parlament ailəsinə - Assambleyaya daxil olmasını sevinclə qarşıladım”.
Sənədi imzalayan N.Yuldaşev isə bildirib ki, MDB PA-ya qoşulmaq bizə Assambleyanın üzvü olan dövlətlərlə yeni münasibətlər yaratmağa, beynəlxalq aləmdə nüfuzumuzu yüksəltməyə imkan verəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]