Özbəkistan Pirallahı Sənaye Parkında birgə layihələrin həyata keçirilməsində maraqlıdır
AzerTAg.az
Bakı, 18 iyun, AZƏRTAC
Özbəkistan Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin nümayəndələri Pirallahı Sənaye Parkında olub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonalarında investorlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib. Özbəkistan təmsilçiləri Pirallahı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq əlaqələrinin yaradılmasında və Sənaye Parkında birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Sonda qonaqlar Pirallahı Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Xəbərin mətnində orfoqrafik səhv var