DÜNYA


Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti ilə görüşüb

Daşkənd, 26 mart, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində ölkənin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüşüb.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında ticarət-iqtisadi, innovasiya, sərmayə qoyuluşu, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Dubay əmiri bildirib ki, onun ölkəsi Özbəkistanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində, birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

Şavkat Mirziyoyev birgə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib və qeyd edib ki, BƏƏ və Dubay Əmirliyi ilə dostluq əlaqələrini genişləndirmək əzmindədir.

Görüşdə ölkələr arasında bütün səviyyələrdə yeni əlaqələrin yaradılması, təcrübə mübadiləsinin aparılması istiqamətində də fikir mübadiləsi aparılıb.

Danışıqların yekunu ilə bağlı birgə innovasiya şirkətlərinin, Səmərqənd şəhərinin müasir infrastrukturlarının yaradılması, müasir aqroklasterlərin təşkili ilə bağlı sənədlər imzalanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.