DÜNYA


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumət üzvlərini təsdiq edib

Daşkənd, 25 yanvar, AZƏRTAC 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan Respublikası hökuməti üzvlərinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Abdulla Aripov Özbəkistanın Baş Naziri təsdiq edilib. Digər fərmanlarla Açilbay Ramatov Baş Nazirin birinci müavini, Camşid Kuçkarov Baş Nazirin müavini, Maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təyin olunublar.

Prezidentin Fərmanı ilə 22 nazir və dövlət komitələrinin sədrləri də təyin edilib.

Bununla da Özbəkistan parlamenti Ali Məclisə və Senata seçkilər keçirildikdən sonra istefa verən hökumət tam formalaşıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.