DÜNYA


Özbəkistan Prezidenti tikintisi davam edən İslam Sivilizasiyası Mərkəzində olub

Daşkənd, 26 iyun, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Həzrəti İmam məscid-kompleksinin yaxınlığında tikilən İslam Sivilizasiyası Mərkəzində işlərin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezident Şavkat Mirziyoyev Daşkənddə saxlanılan Xəlifə Osmanın Quranının bu mərkəzin foyesini bəzəyəcəyini deyib.

Dövlət başçısı bildirib ki, bu mərkəzdə özbək xalqının dünya elmi, maarifi, mədəniyyətinin inkişafına verdiyi töhfələr geniş əks edilməlidir. O bildirib ki, mərkəzin yaradılmasında məqsəd İslamın dərindən öyrədilməsi, əcdadlarımızın zəngin irsinin xalqa və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Mərkəz gənclərin tərbiyəsinə, elm və mədəniyyətin inkişafına, sülh və əmin-amanlığın möhkəmlənməsinə xidmət edəcək.

İslam Sivilizasiya Mərkəzində elmi-tədqiqat işləri aparılacaq, kitabxana, informasiya-resurs mərkəzi, elmi kafedralar, konfrans salonu, digər xidmət otaqları fəaliyyət göstərəcək, muzey yaradılacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.