DÜNYA


Özbəkistan-Qırğızıstan sərhədində baş verən avtomobil qəzası doqquz adamın həyatına son qoyub

Daşkənd, 22 may AZƏRTAC

Mayın 21-i axşam saatlarında Özbəkistanla Qırğızıstan arasındakı “Çeşmə” sərhəd keçid məntəqəsində baş verən avtomobil qəzası doqquz adamın həyatına son qoyub. Ölənlərin səkkizi Qırğızıstan, biri Özbəkistan vətəndaşıdır. Qəzada 5 nəfər ağır yaralanıb, iki nəfər ambulator yardım aldıqdan sonra evə buraxılıb.

AZƏRTAC Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qırğızıstanın Kadamjan rayonundan Özbəkistanın Fərqanə vilayətinə gedən nəqliyyat vasitəsinin əyləc sistemi sıradan çıxdığından sürücü idarəetməni itirib və keçid məntəqəsində növbə gözləyən digər maşınlarla toqquşub.

Qanlı hadisənin səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.