Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə inamla həyata keçirilən, ölkənin dinamik inkişafına, ilk növbədə, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə, müasir sənaye və infrastrukturun yaradılmasına yönəlmiş genişmiqyaslı islahatların və dəyişikliklərin uğurlu nəticələri ən yüksək qiymətə layiqdir.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artmasını və mövqelərinin möhkəmlənməsini dərin məmnuniyyətlə qeyd edirik.

Vurğulamalıyam ki, Özbəkistanda biz ölkələrimiz arasında çoxəsrlik dostluq tellərini və strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə hər iki tərəf üçün sərfəli praktiki əməkdaşlığı genişləndirmək əzmindəyik. Söhbət əlaqələrin intensivləşdirilməsindən, fəal mübadilənin davam etdirilməsindən, əmtəə dövriyyəsinin həcminin artırılmasından, sənaye, energetika, nəqliyyat və yüksək texnologiyalar sahəsində perspektivli layihələrin və mədəni-humanitar proqramların reallaşdırılmasından gedir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərimiz Özbəkistan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa, onları konkret məzmunla zənginləşdirməyə imkan verəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Şavkat Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin