SİYASƏT


Özbəkistan Türk Şurasının üzvü olacaq

Daşkənd, 13 sentyabr, АZƏRTAC

Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın podrobno.uz portalı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatına istinadla məlumat verir.

Mövlud Çavuşoğlu deyib ki, Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olmaq haqqında qərar qəbul edib. Ölkənin bununla bağlı rəsmi müraciəti Türk Şurasının Katibliyinə daxil olub. Müvafiq sənədlər artıq Özbəkistana göndərilib. Rəsmi qərar bu yaxınlarda qəbul ediləcək.

Türkiyənin Xarici İşlər naziri bildirib ki, Türkmənistan isə Türk Şurasında müşahidəçi kimi iştirak etməyə hazırdır. Tez bir zamanda Türk Şurası mühüm regional oyunçuya çevriləcək. Şuranın sıraları getdikcə genişlənir.

Xatırladaq ki, hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk Şurasının üzvləridir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.