SİYASƏT


Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına daxil olmağı qərara alıb

Daşkənd, 23 iyun, АZƏRTAC

Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçmanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən məlumat verib. Nümayəndə heyətinə Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları da daxil olub.

Tərəflər Özbəkistanla Türk Şurasının üzvü olan dövlətlər, həmçinin Özbəkistan parlamenti ilə TÜRKPA arasında ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Sadıq Səfayev deyib ki, Özbəkistan Türk Şurası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Özbəkistan parlamenti də TÜRKPA ilə əlaqələrin inkişafında maraqlıdır. İsmet Uçma bildirib ki, Özbəkistan Türk dünyasında xüsusi yer tutur. TÜRKPA Özbəkistanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi əzmindədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.