DÜNYA


Özbəkistan Türkiyəyə reysləri ləğv edir

Daşkənd, 3 may, АZƏRTAC

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar “Uzbekistan Airways” aviasiya şirkəti Türkiyəyə olan bir sıra reysi dayandırır.

AZƏRTAC aviaşirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 17-dək Daşkənd-İstanbul-Daşkənd (14 may) , Səmərqənd-İstanbul-Səmərqənd, Fərqanə-İstanbul-Fərqanə, Urgənc-İstanbul-Urgənc reysləri ləğv olunur.

Bildirilir ki, Daşkənd-İstanbul-Daşkənd gündüz reysləri əvvəlki rejimdə fəaliyyətini davam etdirir.

Xatırladırıq ki, mayın 1-dən Özbəkistan dünyanın 9 şəhərinə - Paris, Tokio, Roma, Milan, Banqkok, Mumbay, Amritsar, Kuala-Lumpur və Cakartaya olan aviareysləri müvəqqəti dayandırmışdı.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.