DÜNYA
Özbəkistan beynəlxalq reyslərə məhdudiyyətlərin müddətini uzadıb
Daşkənd, 30 yanvar, АZƏRTAC
Özbəkistan COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Böyük Britaniya, İtaliya, Danimarka, Avstraliya, Avstriya, Niderland və Cənubi Afrika Respublikasına olan beynəlxalq aviareyslərə (giriş-çıxış və tranzit) məhdudiyyətlərin müddətini martın 1-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası bununla bağlı qərar qəbul edib.
Bildirilir ki, qadağalar bu ölkələrin vətəndaşlarına, adıçəkilən dövlətlərdə yaşayan, vətəndaşlığı olmayan şəxslərə, həmçinin bu ölkələrdə 14 gün qalan digər xarici vətəndaşlara tətbiq edilir.
Komissiyanın məlumatında vurğulanır ki, son 14 gündə bu ölkələrdə olan, lakin üçüncü ölkədən Özbəkistana gələn xarici vətəndaşlar Daşkənddəki karantin mərkəzində və ya otellərdə karantinə alınacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd