DÜNYA


Özbəkistan əhalisinin sayı 35 milyona yaxınlaşır

Daşkənd, 21 aprel, АZƏRTAC

Aprelin 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 34,7 milyon nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin əvvəlindən ölkə əhalisi 136,7 min nəfər artıb. Artım bu səviyyədə qalarsa, ilin sonunadək əhalinin sayı 35 milyonu ötəcək.

Məlumatda qeyd olunur ki, hazırda ölkədə 17,2 milyon qadın, 17,5 milyon kişi qeydə alınıb.

Əhalinin sıxlığına görə Səmərqənd vilayəti birinci yerdədir (4 milyon), Fərqanədə 3,8 milyon, Qaşqadərya vilayətində 3,3 milyon nəfər yaşayır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.