İDMAN


Özbəkistan futbolçusu Sardor Raşidov Portuqaliyanın “Nasionale” klubunda çıxış edəcək

Daşkənd, 18 yanvar, АZƏRTAC

Futbol üzrə Özbəkistan millisinin və bu ölkənin “Lokomotiv” klubunun hücumçusu Sardor Raşidov Portuqaliyanın “Nasionale” klubuna transfer edilib.

AZƏRTAC xəbər verir ki, Portuqaliya klubu futbolçu ilə 2,5 il müddətinə müqavilə imzalayıb. Transferin qiyməti 1,5 milyon avrodur.

İyirmi yeddi yaşlı S.Raşidov ötən ilin yanvarından “Lokomotiv” komandasında çıxış edirdi. Futbolçu bu müddətdə 31 oyunda 11 dəfə fərqlənib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.