DÜNYA


Özbəkistan iki il ərzində Dünya Ticarət Təşkilatının üzvü ola bilər

Daşkənd, 23 fevral, АZƏRTAC

Özbəkistan iki il ərzində Dünya Ticarət Təşkilatının üzvü ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanda səfərdə olan Dünya Ticarət Təşkialtı baş direktorunun müavini Alan Vulf jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Özbəkistan iqtisadiyyatının inkişafı təşkilata üzv olmasına şərait yaradır. Hazırda Özbəkistan pambıq ixracına görə beşinci yerdədir və bu sahə inkişaf etdirilir. Ölkə üçün xarici bazarların açılması və iqtisadi islahatların aparılması öz müsbət nəticəsini verir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.