Özbəkistan ilə Almaniya 4 milyard dollarlıq sazişlər imzalayıb
AzerTAg.az
Daşkənd, 15 yanvar, АZƏRTAC
Berlində keçirilən biznes forumda Özbəkistan və Almaniya 4 milyard dollarlıq layihələrin həyata keçirilməsi üçün sazişlər imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan İnvestisiyalar üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, Özbəkistan nümayəndə heyətinə Baş nazirin müavini, İnvestisiyalar üzrə Dövlət Komitəsinin sədri Suxrob Xolmuradov başçılıq edib. Biznes foruma Almaniyanın 234 şirkət və bankının 300-dən çox nümayəndəsi qatılıb.
Sazişləri imzalayan qurumlar arasında neft-qaz, neft-kimya, energetika sahələrində Almaniyanın “ThyssenKrupp”, “Linde”, “Takraf”, “Siemens”, əczaçılıq üzrə “Opasko”, “Axo”, “Fresenius Medical Quarter”, kənd təsərrüfatı və tikinti materialları sahələrində “DEMKKEY Baby”, “New Technology”, “Plaza Hotel”, “Rims Hotels and Resorts” şirkətləri var. “Deutsche Bank”, “Commerzbank”, “Landesbank”, “KfW”, “Aka Bank” bankları Özbəkistan kommersiya bankları ilə ölkədə həyata keçirilən layihələrə kredit qoyuluşu ilə bağlı razılıq əldə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var