MƏDƏNİYYƏT


Özbəkistan jurnalında Azərbaycanın tarixi və mədəniyyəti haqqında məqalə dərc edilib

Daşkənd, 21 avqust, AZƏRTAC

Özbəkistanın “Tasvir” jurnalında jurnalist Rimma Sabircanovanın Azərbaycan haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında danışılır, qədim tarixi abidələrlə bağlı məlumat verilir.

Yazıda İşərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Dənizkənarı Milli Parkdan bəhs edilir, bu məkanların tarixindən söhbət açılır. Bildirilir ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib, neft sektoru, eləcə də digər sahələr inkişaf edir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və bu gün onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti hesabına başa gəlib.

Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub, onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər. Müəllif bu məqaləni həmin təəssüratlar əsasında yazıb.

Layihəyə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.