SİYASƏT


Özbəkistan mətbuatı: Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti dünya birliyi tərəfindən pislənilməlidir

Daşkənd, 17 oktyabr, АZƏRTAC

Özbəkistanın “human.uz”, “daryo.uz”, “kun.uz”, “tarjuman.uz” və ”xabar.uz” portallarında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında materiallar verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açılır. İşğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi, bu sənədlərin hələ də kağız üzərində qaldığı diqqətə çatdırılır.

Portallar yazır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Bərdə Tərtər və digər rayonları, o cümlədən kəndləri raket atəşinə tutmaqda davam edir. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Saytlar bildirir ki, Ermənistan tərəfdən Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində 13 dinc sakin ölüb, 50-dən çox adam yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib

“tarjuman.uz” və ”xabar.uz” saytları da cəbhə xəttindən 100 kilometr uzaqda olan Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını hərbi cinayət adlandırır, vurğulanır ki, bu şəhərlərə atəş açmaq əmri verənlər hərbi cinayətkar kimi ittiham olunmalıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.