DÜNYA


Özbəkistan nümayəndəsi ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinə rəhbərlik edəcək

Daşkənd, 7 dekabr, AZƏRTAC

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov iqamətgahı Daşkənddə yerləşən Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antiterror Strukturu (ŞƏT RAS) İcraiyyə Komitəsinin direktoru, Tacikistanın nümayəndəsi Cumaxon Qiyasovla missiyasının başa çatması ilə əlaqədar görüşüb.

AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Cumaxon Qiyasov 2019-cu il yanvarın 1-dən bu vəzifəni tutub.

Görüşdə ŞƏT RAS-ın son üç il ərzində gördüyü işlər, həyata keçirdiyi tədbirlər haqqında, həmçinin gələcək planlardan danışılıb.

Bildirilib ki, 2022-ci il yanvarın 1-dən Özbəkistanın nümayəndəsi Ruslan Mirzayev üç il müddətinə ŞƏT RAS İcraiyyə Komitəsinin direktoru olacaq.

Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.