Özbəkistan pambığına qarşı boykotun dayandırılması bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək
AzerTAg.az
Daşkənd, 14 fevral, АZƏRTAC
Özbəkistan pambığına olan boykotun - “Cekson-Venik” düzəlişinin aradan qaldırılması, bu ölkədə istehsal olunan mahlıcın və toxuculuq məhsullarının Qərb bazarlarında satışı bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək.
AZƏRTAC “Fibre2Fashion TexPro” nəşrinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları Konqresi “Cekson-Venik” düzəlişinin aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
Xatırladaq ki, “Cekson-Venik” düzəlişi 1974-cü ildə konqresmenlər Q. Cekson və Ç. Venik tərəfindən irəli sürülərək qəbul edilib. Düzəliş keçmiş SSRİ dövründə pambıq yığımında uşaq əməyindən istifadə edən Özbəkistan və bir sıra digər ölkələrə şamil olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var