DÜNYA


Özbəkistan parlamentində Çin-Özbəkistan vaksininin təqdimatı olub

Daşkənd, 23 fevral, АZƏRTAC

Özbəkistan parlamenti - Ali Məclisdə ZF-UZ-VAC 2001 adını alan Çin-Özbəkistan vaksininin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda Özbəkistan innovativ inkişaf nazirinin birinci müavini Şahla Turdikulova bildirib ki, Çin həmkarları ilə birgə yaradılan, ZF-UZ-VAC 2001 brend adı alan vaksin ən effektli preparatlardan sayılır və bu vaksinin klinik təcrübələri də bunu deməyə əsas verir. Onun sözlərinə görə vaksinin sınaqları əvvəlcə Çində olub.

Artıq Özbəkistanda 7 min nəfərə peyvəndin birinci, 3900 nəfərə isə ikinci dozası vurulub. Mütəxəssislər nəticədə vaksinin təhlükəsizliyinin 99 faiz olduğu qənaətinə gəliblər. Vaksinin zərərli təsirləri demək olar ki, yoxdur.

Xatırladırıq ki, Özbəkistanda vaksinasiya martın əvvəllərində başlayacaq və bu dərmandan başqa ölkə “Sputnik V" , “Pfizer-BioNTech” (Amerika Birləşmiş Ştatları-Almaniya) və COVAX proqramı çərçivəsində “AstraZeneca” (İngiltərə-İsveçrə) vaksinlərini sifariş edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.