DÜNYA


Özbəkistan parlamentinə hökumət üzvlərini təsdiq etmək səlahiyyəti verilə bilər

Daşkənd, 29 dekabr, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumət üzvlərinin Ali Məclis tərəfindən təsdiq olunması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti bu fikri parlamentə müraciətində səsləndirib. O deyib: “İslahat yeniləşmə, dəyişmə deməkdir. İslahatların müsbət nəticə verməsi üçün bütün cəmiyyət, ən əvvəl isə biz rəhbərlər dəyişməliyik. İnsan dəyişərsə, ölkə də dəyişər. Belə ki, yaşadığımız dövr rəhbərlərdən, deputatlardan, aparıcı mütəxəssislərdən tələb edir ki, öz fəaliyyətlərini tənqidi analiz, ciddi nizam-intizam, fərdi məsuliyyət əsasında qursunlar. Gələcək nazirlər parlament qarşısında məsuliyyət hiss etməli, öz vəzifələrinə layiq olduqlarını göstərməlidirlər”.

Qeyd edək ki, indiyə qədər Özbəkistanda nazirlər, dövlət idarələri və şirkətlərin rəhbərləri prezidentin və hökumətin fərman və qərarlarına əsasən təyin edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.