QAN YADDAŞI


Özbəkistan portalı: 20 Yanvar Azərbaycan xalqının tarixinə mərdlik və cəsarət rəmzi kimi daxil olub

Daşkənd, 21 yanvar, AZƏRTAC

Özbəkistanın interpress.uz portalı 20 Yanvar faciəsi ilə bağlı özbək dilində məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, yazıda 20 Yanvar faciəsinin səbəbləri, dünya birliyinin bu faciəyə münasibəti haqqında söhbət açılır. Qeyd edilir ki, 1990-cı ilin 20 Yanvar faciəsindən 29 il ötür və bu qətliam Azərbaycan xalqının tarixinə mərdlik və cəsarət rəmzi kimi daxil olub.

Yazıda yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində qəddarlıqla öldürülənlər və yaralananların sayı haqqında məlumat verilir. Bildirilir ki, həmin gecə hətta qocalara, qadınlara, uşaqlara aman verilməyib, onlar güllələniblər. Faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə kəskin etirazını bildirib, faciənin əsas günahkarının keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov olduğunu bildirib.

Vurğulanır ki, Bakıda dinc sakinlər - qocalar, qadınlar və uşaqlar güllələndikdən sonra - yanvarın 20-də səhər tezdən fövqəladə vəziyyət elan olunması ilə əlaqədar Mixail Qorbaçovun fərmanı oxunub.

Məqalədə “New York Times”, “The Times”, “Guardian” və digər qəzetlərdə 20 Yanvar faciəsi haqqında dərc olunmuş yazılardan fikirlərə də yer verilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.