İQTİSADİYYAT


Özbəkistan portalı Azərbaycanda həyata keçirilən aqrar islahatlar barədə yazır

Daşkənd, 14 mart, AZƏRTAC

Özbəkistanın “Review.uz” portalı “Azərbaycanda geniş aqrar islahatlar aparılır” sərlövhəli məqalə yayıb.

Məqalədə Azərbaycanda həyata keçirilən aqrar islahatlar, qəbul edilən dövlət proqramları, çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilir.

Müəllif Azərbaycanda çayçılığın tarixi haqqında məlumatları oxucuların diqqətinə çatdırır. Azərbaycan çayının dünyanın bir çox ölkələrinə ixrac edildiyi bildirilir.

Yazıda çəltikçilik və sitrus meyvəçiliyinin tarixi haqqında da məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.