QAN YADDAŞI


Özbəkistan portalı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar material dərc edib

Daşkənd, 2 aprel, АZƏRTAC

Özbəkistanın “tnews.uz” portalı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş material yayımlayıb.

AZƏRTAC xəbər verir ki, materialda 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğu bildirilir. Qısa müddət ərzində bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib.

Məqalədə qeyd olunur ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında İrəvan quberniyasında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulub. “Böyük Ermənistan” ideyası təbliğ olunmağa başlayıb. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə real tarixin saxtalaşdırılmasına yönəldilən genişmiqyaslı proqramlar reallaşdırılıb. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edib.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və ölkənin başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb və məhv edilib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.

Məqalədə Qarabağın tarixi, Xocalı faciəsi haqqında da məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.