SİYASƏT


Özbəkistan portalı: Ermənistanın Kəlbəcərdən çıxması vandalizm aktları ilə müşahidə olunmaqdadır

Daşkənd, 18 noyabr, АZƏRTAC

Ermənistanın Kəlbəcərdən çıxması vandalizm aktları ilə müşahidə olunmaqdadır. Ərazilərimizin işğaldan azad edilməsi prosesində son məqamda da maddi-mədəniyyət abidələrinə zərər vurulur.

Özbəkistanın “interpress.uz” portalı yazır ki, bu haqda Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə söyləyib.

Prezidentin köməkçisi deyib: “Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır. BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var. Kəlbəcərdə mülki əhalinin məskunlaşması tamamilə qanunsuz xarakter daşıyır. Ona görə orada olan hər hansı bir mülkiyyətin heç bir hüquqi qüvvəsi yoxdur”.

“shonch.uz” portalı isə “Şuşa Azərbaycanın gözəl incisidir” sərlövhəli məqalə çap edib.

Materialda Qarabağın, o cümlədən qədim Şuşanın turizm potensialı, zəngin flora və faunası haqqında söhbət açılır. Bildirilir ki, dəniz səviyyəsindən 1400 metr hündürlükdə, tarixi abidələrlə zəngin olan Şuşa şəhərində yeni turizm marşrutları açmaq zərurətə çevrilir. Qeyd olunur ki, şəhərin ərazisində 900 tarixi-mədəni abidə mövcuddur. İşğal nəticəsində bu abidələrin hansı vəziyyətdə olması ilə bağlı təhqiqat işləri də aparılmalıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.