MƏDƏNİYYƏT


Özbəkistan portalı Heydər Əliyev Mərkəzində nümayiş olunan kukla sərgisinə dair videomaterial yayımlayıb VİDEO

Daşkənd, 8 aprel, АZƏRTAC

Özbəkistanın qalampir.uz portalı Heydər Əliyev Mərkəzində nümayiş olunan kukla sərgisinə dair videomaterial yayımlayıb.

AZƏRTAC xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Portalda verilən mətndə və videomaterialda bildirilir ki, sərgidəki kuklalar turistlərdə xüsusi maraq yaradır. Bildirilir ki, sərgidə Amerika Birləşmiş Ştatları, Almaniya, Avstraliya, Belarus, Fransa, Yaponiya, İtaliya, İsrail, Rusiya, İndoneziya, Ukrayna və digər ölkələrin tanınmış 60 kukla rəssamının 230-dan artıq əl işi nümayiş etdirilir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.