SİYASƏT


Özbəkistan portalı Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi cəhdləri ilə bağlı məqalə yayıb

Daşkənd, 13 avqust, АZƏRTAC

Özbəkistanın interpress.uz portalında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Livan ermənilərinin qanunsuz məskunlaşdırılması cəhdləri ilə bağlı məqalə verilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın Livanda baş vermiş partlayışdan sonra erməni əsilli livanlıların Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsi ilə bağlı şərhinə istinad edilir: “İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.

Qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulması deməkdir.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.