SİYASƏT


Özbəkistan portalı Qarabağ müharibəsində Ermənistanın itirdiyi hərbi texnikadan yazıb

Daşkənd, 4 dekabr, АZƏRTAC

Özbəkistanın “qalampir.uz” portalında Qarabağdakı müharibədə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə vurduğu zərər haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan mətbuatına istinadla müharibə nəticəsində Ermənistan ordusuna, hərbi texnikasına 3,8 milyard dollar dəyərində zərər vurulduğu qeyd edilib.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilən texnikalarını sadalayıb. Azərbaycan Prezidenti, həmçinin Silahlı Qüvvələrimizin Ermənistandan qənimət götürdüyü texnikaların sayını açıqlayıb.

“hudud24.uz” portalı isə Laçın rayonunun işğaldan azad olunması barədə məqalə yayıb. Yazıda Qarabağın tarixi, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsi, bu sənədə əsasən Türkiyə və İrandan ermənilərin Qarabağa köçürülməsi, Şuşa şəhərinin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının qoyulması və sair haqqında söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.