CƏMİYYƏT


Özbəkistan portalı Şuşanın işğalından yazır

Daşkənd, 8 may, AZƏRTAC

Özbəkistanın tnews.uz portalı Şuşanın işğalı ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 27 il əvvəl mayın 8-də Azərbaycanın qədim Şuşa şəhərinin işğal olunduğu bildirilir.

Qeyd edilir ki, Ermənistanın şəhərə hücumunda 100-dək erməni zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi.

Məqalədə əfsanəvi tankçı Albert Aqarunovun Şuşa uğrunda döyüşlərdə şəhid olması barədə də məlumat verilir. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildiyi bildirilir.

Qeyd edilir ki, Şuşanın işğalı zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Şuşanın işğalına qədər şəhərdə 170 memarlıq, 160 qədim sənət abidəsi olub və bunların hamısı məhv edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.